şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Bayer Leverkuzen” yeni müdafiəçi transfer etdi

25.09.2020 12:46 Oxundu 389



Almaniyanın “Bayer Leverkuzen” futbol klubu İspaniyanın “Atletiko Madrid” komandasının müdafiəçisi Santyaqo Ariası transfer edib.

“CEMPİON.AZ” klubun saytına istinadla xəbər verir ki, 28 yaşlı futbolçu Leverkuzen təmsilçisi ilə birillik icarə müqaviləsi imzalayıb. Müqavilədə “Bayer”in S.Ariası satın alma şərti də var.

Qeyd edək ki, Madrid klubu kolumbiyalı futbolçunu 2018-ci ilin yayında PSV-dən 11 milyon avroya transfer edib.