şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Mourinyo “Şkendiya” ilə oyunda qapının hündürlüyünü yoxlayıb?

25.09.2020 13:38 Oxundu 357




UEFA Avropa Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sı ilə İngiltərənin "Tottenhem" klubu arasında keçirilmiş oyunda maraqlı hadisə baş verib.

“CEMPİON.AZ” xəbər verir ki, Skopyedəki "Toşe Proyeski" Milli Arenasında baş tutan qarşılaşma zamanı qonaq komandanın baş məşqçisi Joze Mourinyo qapıların dəyişdirilməsini istəyib.
Buna hər iki qapının hündürlüyünün normadan (2,44 metr) 5 sm qısa olması səbəb olub. Məsələ ilə bağlı UEFA nümayəndəsinə məlumat verən portuqaliyalı mütəxəssis sonda istəyinə çatıb.
Bu barədə özünün "Instagram" hesabında paylaşım edən Mourinyo yazıb: "Əvvəlcə elə bildim, boyum uzanıb. Amma sonra başa düşdüm ki, hündürlük 5 sm azdır".
 
Qeyd edək ki, səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən "Tottenhem" pley-offa yüksəlib. "Şkendiya" I təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb - 2:0.