cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Messi Suaresə dəstək oldu

25.09.2020 15:39 Oxundu 428

 
 “Barselona”nın kapıtanı Lionel Messi komandadan ayrılan Luis Suaresə dəstək mesajı verib.

“CEMPİON.AZ” xəbər verir ki, argentinalı futbolçu özünün  İnstaqram səhifəsindəki paylaşımında Suaresin klubdan adına layiq olmayan şəkildə göndərildiyini yazıb.
“Mən artıq sənin getməyini qəbul edirdim. Amma bu gün paltardəyişmə otağına girəndə olanları tam təsvir edə bildim. Hər günü sənsiz bölüşmək – həm meydanda, həm də ondan kənarda - çətin olacaq. Biz sənsiz çox darıxacağıq. Səni başqa bir komandanın formasında görmək və sənə qarşı oynamaq təəccüblü olacaq. Sən “Barselona” tarixinin ən vacib oyunçularından biri kimi, burdakı uğularına görə klubdan layiqli şəkildə göndərilməli idin. Sən klubdan atılmağa layiq biri deyildin. Amma yekunda belə oldu. Amma məni daha heç nə təəccübləndirmir. Mən sənə yeni macəranda ən yaxşı uğurları arzulayıram. Səni sevirəm. Tezliklə görüşərik” – deyə Messi yazıb.

Qeyd edək ki, L.Suares bu günlərdə “Barselona”dan “Atletiko Madrid”ə keçib. Onunla sabiq klubunun rəhbərliyi arasında problemlər olduğu bildirilir.