cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

“Tottenhem”ə texniki qələbə verildi

25.09.2020 16:13 Oxundu 439


İngiltərə Futbol Federasiyası Liqa Kubokunun 1/16 final mərhələsində baş tutmayan "Leyton Orient" - "Tottenhem" oyunu ilə bağlı qərarını açıqlayıb.

“CEMPİON.AZ” BBC-yə istinadən xəbər verir ki, qonaqlara texniki qələbə verilib. London təmsilçisi meydana çıxmadan 1/8 finala vəsiqə qazanıb."Tottenhem" bu raundda "Çelsi" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Leyton Oriyent" - "Tottenhem" matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma halı aşkarlandığı üçün təxirə salınıb. Premyer Liqanın təqvimindəki sıx qrafik səbəbindən görüşü başqa vaxta təyin etmək mümkün olmayıb. Nəticədə federasiya aşağı liqa təmsilçisinə texniki məğlubiyyət verib