çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Karpin: “Müəyyən məqamlarda və günlərdə onlar güclü olurlar"
 

25.09.2020 18:05 Oxundu 359


"Kimsə rəqibdən daha güclü olduğumuzu düşünürdüsə, yanılır. Bu komanda bizdən zəif deyil. Reytinqləri unudun". 

“CEMPİON.AZ” xəbər verir ki, bunu Rusiyanın "Rostov" klubunun baş məşqçisi Valeri Karpin Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Makkabi"sinə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib. 
51 yaşlı mütəxəssis bildirib ki, reytinqlər xalq üçündür: "Müəyyən məqamlarda və günlərdə onlar güclü olurlar. Səbəblərdən danışmaq mənlik deyil. Bu barədə hamı danışır. Təəssüf ki, bizim çempionatın səviyyəsi belədir. Qlobal danışsaq, heç bir bəhanə axtarmadan, demək olar ki, reallıq budur. Yəqin ki, Rusiya çempionatı Gürcüstan və Azərbaycandakından zəif deyil. Amma İsraili qabaqladığımızı deyə bilmərəm".