cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Premyer Liqada bu gün daha iki oyun keçiriləcək

26.09.2020 03:14 Oxundu 349



Azərbaycan Premyer Liqasında IV tur davam edir.

“CEMPİON.AZ” xəbər verir ki, bu gün turun daha iki oyunu keçiriləcək.

Hər iki matç Bakıda baş tutacaq. Çempionatın iki ən gənc klubu “ASCO Arena”da üz-üzə gələcək. Liderlik üçün mübarizə aparan “Sabah” meydana ardıcıl 3-cü qələbə üçün çıxacaq. Məğlubiyyətləri sıralayan “Səbail”in hədəfi isə ilk xal olacaq.

Digər paytaxt derbisində “Keşlə” “Zirə”ni qəbul edəcək. Meydan sahibləri quru seriyanı doğma meydanda da davam etdirməyə köklənib. Qonaqlar isə ötən turdakı məğlubiyyəti unutdurmaq üçün səfərdə qalib gəlməlidir.

Qeyd edək ki, tutun ilk oyun günündə “Sumayıt”la “Qarabağ” meydandan məhsuldar heç-heçə (2:2) ilə ayrılıb. Tura sabah baş tutacaq “Neftçi” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
IV tur
26 sentyabr (şənbə)
18:00. “Səbail” – “Sabah”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
“ASCO Arena”

20:15. “Keşlə” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
“ASK Arena”