cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

Simeone koronavirusa qalib gəldi

26.09.2020 10:21 Oxundu 549



İspaniyanın "Atletiko" komandasının baş məşqçisi Dieqo Simeone koronavirusa qalib gəlib. 

“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir ki, sentyabrın 12-dən bəri evində təcrid olunan 50 yaşlı mütəxəssis sağalıb. Simeone artıq Madrid təmsilçisində ilk məşqini keçirib. 

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"da işləyir. Klub onun rəhbərliyi altında 2013/2014 mövsümündə İspaniya çempionatının qalibi olub. Argentinalı baş məşqçi İspaniya Kubokunu, Superkubokunu, iki dəfə Avropa Liqasını və iki dəfə UEFA Super Kubokunu qazanıb.