cümə, 08 avqust 2025

DİGƏR NÖVLƏR

Mixael Şumaxerin oğlu birinci oldu

26.09.2020 16:37 Oxundu 464


"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2"nin Rusiyada baş tutan onuncu mərhələsinin ilk yarışını qazanıb. 

“CEMPİON.AZ” xəbər verir ki, “Prema Racing” komandasının heyətində çıxış edən 21 yaşlı pilot Soçidəki turnirdə birinci olub.  

Almaniyalı sürücü mövsümdə ikinci qələbəsini əldə edib. 

Qeyd edək ki, "Formula 2"nin Soçi avtodromundakı ikinci yarışı sentyabrın 27-də gerçəkləşəcək.