cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“Cenoa”nın qapıçısı koronavirusa yoluxub

26.09.2020 17:00 Oxundu 495


İtaliyanın "Cenoa" klubunun qapıçısı Mattia Perində koronavirus aşkarlanıb. 

“CEMPİON.AZ” "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı qolkiper A Seriyasının II turunda səfərdə "Napoli" ilə matçı buraxacaq. 

"Cenoa"nın baş məşqçisi Rolando Maran mətbuat konfransında Perinin temperaturunun yüksək olduğunu söyləyib. 

Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək "Napoli" - "Cenoa" matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Mattia Perin müqavilə ilə "Yuventus"a məxsusdur və icarə əsasında "Cenoa"da çıxış edir.