26.09.2020 17:30
542

“Kayserispor” klubunun xanım prezidenti Berna Gözbaşı Azərbaycanda yayımlanan “Türkiyədən futbol” verilişinin qonağı olub.
“CEMPİON.AZ” xəbər verir ki, ötən ilin oktyabrın 6-dan klub prezidenti olan Gözbaşı maraqlı açıqlaması ilə diqqəti çəkib. O bildirib ki, Azərbaycana əvvəllər çox səfər edib:
“Mənim Azərbaycanla ticarət əlaqələrim var. Azərbaycandan bizə oyunçu təklif edilməyib. Amma skautlarımıza tapşıracağam ki, Azərbaycandan olan futbolçuları diqqətdə saxlasınlar. Yenə istərdik ki, “Kayserispor”da dost və qardaş ölkədən futbolçular (əvvəllər Rəşad Sadıqov və Kamran Ağayev bu klubda qısa müddət oynayıb – S.M.) oynasın”.