cümə, 08 avqust 2025

DİGƏR NÖVLƏR

 İdmançı döyüşdən öncə huşunu itirdi

26.09.2020 18:00 Oxundu 522



Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı İslam Məmmədov koreyalı idmançı  Kun Po Kimlə döyüş öncəsi huşunu itirib və yarışmada iştirak edə bilməyib.

“CEMPİON.AZ” xəbər verir ki, döyüş sentyabrın 25-də Abu Dabidə “UAE Warriors” turniri çərçivəsində keçirilməli idi.

Məlumatda qeyd olunur ki, rusiyalı idmançının huşunu itirməsi döyüşə hazırlaşarkən qısa müddət ərzində həddindən artıq çəki atması ilə əlaqədardır.

İslam Məmmədovun aktivində 18 qələbə, bir məğlubiyyət və bir heç-heçə var. O, Abdulmanaf Nurməhəmmədovun tələbəsi olub və hazırda UFC çempionu Həbib Nurməhəmmədovla birgə məşq edir.