cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Baş məşqçi ilə futbolçunun arasında narazılıq yarandı

26.09.2020 20:20 Oxundu 458


Azərbaycan Premyer Liqasının 4-cü turunun "Səbail" - "Sabah" oyunundan sonra insident yaşanıb.

“CEMPİON.AZ xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevlə qonaqların yarımmüdafiəçisi Coşqun Diniyevin sözü çəp gəlib. Bundan sonra futbolçu topu "Səbail"in məşqçilər heyətinin olduğu tərəfə vurub. "Sabah"ın oyunçusunun rəqib baş məşqçinin üzərinə yeriməsinə digər futbolçular imkan verməyiblər.

Qeyd edək ki, görüş "Səbail"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.