cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

"Şalke"nin baş məşqçisi istef verib

27.09.2020 14:30 Oxundu 475



“Şalke” baş məşqçisi David Vaqneri istefaya göndərib

"CEMPİON.AZ"  xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir. 48 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər olan müqavilə ləğv edilib.

Vaqner 2019-cu ilin mayın 9-da baş məşqçi təyin edilmişdi. Onun rəhbərliyi altında komanda uğursuz çıxış edib. Son dəfə onlar bu ilin yanvarın 17-də qələbə qazanıb. Son 18 matçda isə “Şalke” 12 oyunda uduzub, 6 görüşdə heç-heçə edib. Hazırda komanda Almaniya bundesliqasında 2 turdan sonra sonuncu yerdədir.