cümə, 08 avqust 2025

DİGƏR NÖVLƏR

Gənclərə və idmançılara çağırış

28.09.2020 11:34 Oxundu 486


Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt gənclərinə və idmançılarına çağırış edib.

“CEMPİON.AZ” xəbər verir ki, ordumuza dəstək məqsədilə hamı "Üç rəngli bayrağımızı dalğalandıraq" şüarı ilə aksiyaya qoşulmağa dəvət edilib. 

"Yaşadığımız ünvanda, şəxsi nəqliyyat vasitələrində, iş yerlərində bayrağımızı dalğalandıraq. Gənclərimiz və idmançılarımız Ali Baş Komandanımızın tarixi şüarına qoşulurlar: Qarabağ Azərbaycandır!" deyə müraciətdə vurğulanıb.