28.09.2020 14:08
460

UFC Həbib Nurməhəmmədovun növbəti döyüşünün anonsunu verib.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə UFC-nin rəsmi “Instagram” səhifəsi rusiyalı məğlubedilməz döyüşçü ilə amerikalı Castin Qeyci arasında baş tutacaq qarşılaşmanın anonsunu yayıb.
Belə ki, döyüş UFC-254 turniri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki “Döyüş adası”nda keçiriləcək. Döyüş gecəsi oktyabrın 24-də baş tutacaq.