cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus” “Roma” ilə oyunda xal itirdi

28.09.2020 15:00 Oxundu 452
 


"Yuventus" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, Turin klubu 2-ci turda "Roma"nın qonağı olub. Matç 2:2 hesabı ilə başa çatıb.

"Roma" - "Yuventus" - 2:2
Qollar: Veretout, 31-pen (1:0), Ronaldo, 44-pen (1:1), Veretout, 45 (2:1), Ronaldo, 69 (2:2)
Qırmızı vərəqə: Rabyo, 62 ("Yuventus", iki sarı vərəqə)

Bu nəticədən sonra "Yuventus" 4 xalla 5-ci, "Roma" 1 xalla 13-cüdür. "Napoli", "Milan", Verona" 6 xalla ilk üç pilləni bölüşdürürlər.