cümə, 27 mart 2026

DİGƏR NÖVLƏR

Dünya çempionatı Serbiyada keçiriləcək

28.09.2020 16:58 Oxundu 556


Serbiyanın Novi Sad şəhəri bu il keçiriləcək sambo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyasının (FIAS) mətbuat xidməti məlumat yayıb.

Turnirin əvvəlcə Aşqabadda keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyası səbəbindən Türkmənistan Sambo Federasiyası yarışın təşkilindən imtina edib.

Dünya çempionatı noyabrın 5-dən 8-dək keçiriləcək.