cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

“İnter” 4 futbolçusunu satır

28.09.2020 17:25 Oxundu 489

 
İtaliyanın “İnter” klubu 4 futbolçusunu satmaq qərarına gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, Milan təmsilçisi transferə boş yer açmaq üçün bu addımı atmaq istəyir.
İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kantenin transferində maraqlı olan “neradzurra” fransalı üçün 60 milyon avro xərcə düşməlidir. Həmin məbləği də qarşılamaq üçün italyanlar Joao Mario, Matias Vesino, Raca Nainqqolan və Marselo Brozoviç üçün təklifləri dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, Nqolo Kante “Çelsi”yə 2016-cı ildə “Lester”dən keçib.