cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

Ruben Diaş “Mançester Siti”də

28.09.2020 19:05 Oxundu 543
 

İngiltərənin “Mançester Siti” klubu transfer çalışmalarını davam etdirir. 

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Benfika” klubundan Ruben Diaşı heyətinə qatıb.
23 yaşlı mərkəz müdafiəçisi üçün 68 milyon avro ödəniləcək. Lissabon təmsilçisi bonuslar kimi daha 3,6 milyon qazana bilər.
Nikolas Otamendi isə əks istiqamətdə yollanıb. Portuqaliyalılar 32 yaşlı argentinalı üçün “Mançester Siti”yə 15 milyon avro ödəyəcək.