29.09.2020 11:12
550
550

Avropa Liqasının pley-off mərhələsində səfərdə "Legiya" ilə qarşılaşacaq "Qarabağ" bu gün Polşaya yola düşəcək.
“CEMPION.AZ” xəbər verir ki, Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, səfər proqramında dəyişiklik olmayıb və komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya gedəcək.
Qeyd edək ki, oktyabrın 1-i keçiriləcək "Legiya" - "Qarabağ" oyunnu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.