cümə axşamı, 25 dekabr 2025

BİZİM FUTBOL

“Qarabağ”ın oyununa təhlükəsizlik üzrə nümayəndə təyin edilib

29.09.2020 12:23 Oxundu 470




Polşada “Legiya” və “Qarabağ” komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off oyununa UEFA xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib.

“CEMPİON.AZ” xəbər verir ki, bu addım AFFA-nın müraciəti əsasında gerçəkləşib. 

Qeyd edək ki, müraciət son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, oktyabrın 1-də, Polşanın paytaxtı Varşava şəhərindəki “Wojska Polskiego” stadionunda keçiriləcək qarşılaşma ilə əlaqədar ünvanlayıb. Avropa Liqasının qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılarının üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verməmələri üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.