cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

İtaliya klubunda kütləvi yoluxma

29.09.2020 12:44 Oxundu 473

 

İtaliyanın “Cenoa” futbol klubunda koronavirusa kütləvi yoluxma halı aşkar edilib.

“CEMPİON.AZ” “Sky Sport Italia” istinadən xəbər verir ki, məlumatı “Cenoa” klubunun rəhbərliyi də təsdiq edib.  
Klubda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 14 nəfərdir, onlardan 10-u əsas komandanın futbolçularıdır.
“Klub protokola uyğun olaraq bütün lazımi prosedurları həyata keçirib və vəziyyət barədə səlahiyyətli qurumları məlumatlandırıb” – klubun mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur.