cümə, 27 mart 2026

DÜNYA FUTBOLU

“Bavariya” qapıçısını icarəyə vermək istəyir

29.09.2020 19:55 Oxundu 508

 

Almaniyanın "Bavariya" klubu qapıçısı Aleksandr Nyubeli icarəyə vermək niyyətindədir.
 
“CEMPİON.AZ” xəbər verir ki, 23 yaşlı qolkiperin taleyi digər qapıçı Sven Ulrayxın qərarından asılıdır.
 
Manuel Noyerin kölgəsində qalan sonuncu komandadan getmək istəyir. Amma 32 yaşlı əlcək sahibi "Herta"nın təklifini rədd edib.
 
"Bavariya" Ulrayxı heyətində saxlasa, Nyubel icarəyə göndəriləcək. Bu il transfer olunan Aleksandla bağlı konkret təklif gəlməsə də, münhenlilər Noyerə iki əvəzləyici saxlamaq niyyətində deyil.