cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Çeslav Mixneviç: “Bu dəfə daha çox qol epizodu yaratmalıyıq"

30.09.2020 11:53 Oxundu 685
 

"Qarabağ"la oyunda məni ən çox topu itirdikdən sonra komandanın meydandakı dinamikası maraqlandırır".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Legiya”nın (Polşa) baş məşqçisi Çeslav Mixneviç yerli "przegladsportowy.pl" nəşrinə açıqlamasında deyib. 
UEFA Avropa Liqasının pley-off Ağdam təmsilçisinə qarşı keçirəcəkləri oyun barədə danışıb:
“Bu komanda ilə oynamağın yolu meydanın rəqibə aid hissəsində onlara qarşı güclü təzyiq etmək və hücumların qarşısını almaqdır. Əks halda, təhlükəli hücumlar təşkil edə bilərlər. Xüsusən, meydanın mərkəzini gücləndirməliyik. Bunu yaxşı ideya hesab edirəm. Legionerlər isə cinahlardan sürətli hücuma keçməlidirlər. Kosovo çempionu "Drita" ilə matçdan fərqli, meydana başqa heyət buraxmaq lazımdır. Çünki bu dəfə daha çox qol epizodu yaratmalıyıq".

Qeyd edək ki, oktyabrın 1-də Varşavadakı “Voyska Polskieqo” keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.