cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

İtaliya A Seriyası təxirə salına bilər

30.09.2020 14:14 Oxundu 790



Futbol üzrə İtaliya çempionatı koronavirus pandemiyasının geniş yayılmasına görə yenidən dayandırıla bilər.

“CEMPİON.AZ”  “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, bu haqda ölkənin səhiyyə nazirinin müavini Sandra Zampa  açıqlama verib. O, “Cenoa”da 14 şəxsin COVİD-19-a yoluxmasını əsas gətirib.

Zampa çempionatın davam etməsinin insanların sağlamlığı üçün təhlükə yaratdığını və liqaların yenidən müvəqqəti dayandırılmasının gərəkdiyini bildirib.