cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

“Real”da ciddi itki

30.09.2020 17:07 Oxundu 835


“Real”ın futbolçusu Eden Azar yenidən zədələnib.

“CEMPION.AZ”  “Marca”ya istinadən xəbər veir ki, belçikalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. Buna görə də 29 yaşlı oyunçu 3-4 həftə müddətində yaşıl meydanlardan kənarda qala bilər.

Qeyd edək ki, E.Azar “kral klubu”na ötən il “Çelsi”dən transfer olunub. O, geridə qalan mövsüm 16 matça çıxaraq, 1 qol vurub və 6 qolun ötürməsini verib.