cümə axşamı, 25 dekabr 2025

BİZİM FUTBOL

“Qəbələ”dən “Qarabağ”a dəstək

01.10.2020 12:43 Oxundu 580



“Qəbələ” İdman Klubu bu gün Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə oyuna çıxacaq “Qarabağ”a dəstək verib.

“CEMPİON.AZ” xəbər verir ki, klubun rəsmi sosial şəbəkəsi vasitəsi ilə paylaşdığı şəkildə Azərbaycanın xəritəsi yer alıb və orada işğal altındakı ərazilərimizə “Qarabağ” komandasının loqosu yerləşdirilib.
“Bütün cəbhələrdə qalib gələcəyimizə inanırıq” – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, “Legiya” – “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.