01.10.2020 12:58
453
453

İngiltərə Premyer Liqasında azarkeşlərin stadionlarda matçları izləməsi üçün velosipedlərdən istifadə edilə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb. Mənbənin bildirdiyinə görə, ötən istirahət günlərində məhdud sayda fanatın stadiona girişinə icazə verilmişdi. Amma koronavirusun növbəti dalğasının başlaması səbəbindən hökumət bu qərarını dəyişməli olub.
Qeyd edilir ki, dövlət qurumları minlərlə azarkeşin stadiona gəlmək üçün ictimai nəqliyyatdan istifadə edəcəyindən, bunun da virusun artmasına səbəb olacağından narahatdır.
İngiltərə klubları isə hesab edir ki, stadiona ictimai nəqliyyat olmadan da gəlmək olar. Bunun üçün onlar fanatlarına velosiped icarəyə vermək barədə düşünür. Həmçinin planda stadionun dayanacağında daha çox maşına yer ayrılması da var.