cümə axşamı, 25 dekabr 2025

DİGƏR NÖVLƏR

Taysonun döyüşünün vaxtı dəyişdiriləcək

01.10.2020 14:18 Oxundu 770


Ağır çəkidə Dünya Boks Şurasının (WBC) dünya çempionu britaniyalı Tayson Furi ilə amerikalı Deontey Uaylder arasındakı döyüş ABŞ-da keçiriləcək futbol matçı səbəbindən dekabrın 19-da baş tutmayacaq.

“CEMPİON.AZ” ESPN telekanalına istinadla xəbər verir ki, bu barədə döyüşün promouter və təşkilatçısı Bob Arum məlumat verib. Onun sözlərinə görə, döyüş dekabrın əvvəlindəki hər hansı bir tarixə dəyişdirilə bilər.

Döyüşün əvvəlcə iyulun 18-də keçirilməsi planlaşdırılsa da, daha sonra koronavirus pandemiyası səbəbindən oktyabrın 3-nə təxirə salınıb. Ancaq bundan sonra da döyüşün təyin olunmuş tarixdə baş tutmayacağına qərar verilib. Nəticədə, qarşılaşma dekabrın 19-na təyin edilib.

Xatırladaq ki, boksçular 2018-ci ilin dekabrında görüşmüşdülər. Həmin döyüşdə qalib müəyyənləşməmişdi.