cümə axşamı, 25 dekabr 2025

BİZİM FUTBOL

Ramil Quliyev ordumuza dəstək olub

01.10.2020 14:53 Oxundu 714


"Biz azərbaycanlılar 30 ildir ki, torpaqlarımızın geri qaytarılması həsrəti ilə yaşayırıq.
İndi isə ən təbii özünümüdafiə haqqımızdan istifadə edərək torpaqlarımızı işğaldan azad etməliyik. Bu, haqq mübarizəsidir. Bu yol haqq yoludur. İnanıram ki, yolun sonunda ölkəmiz zəfər qazanacaq".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri Türkiyə millisinin azərbaycanlı yüngül atleti Ramil Quliyev cəbhə bölgəsində baş verənlərlə bağlı "Fotomac"a danışarkən deyib.
Avropa çempionu daha sonra bildirib: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Bir bədəndə iki can, yaşasın Türkiyə - Azərbaycan".