cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

“Milan” hücumçu transfer edib

01.10.2020 15:11 Oxundu 649

 

Milan" heyətinə yeni futbolçu cəlb edib.

“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi  "Bodo Qlimt"in (Norveç) hücumçusu Yens Petter Heyqeninin transferini bitirib. 20 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatı bu transfer üçün "Milan"ın 5 milyon avro ödədiyini yazıb

Qeyd edək ki, Y.Petter bu mövsüm Norveç təmsilçisinin heyətində Avroliqanın 3-cü təsnifat mərhələsində "Milan"a qarşı (2:3) matçda iştirak edib. O, komandasının qollarından birinin müəllifi olub.