01.10.2020 16:40
551
551

"Yuventus"un futbolçusu Duqlas Kosta "Mançester Yunayted"ə keçməyəcək.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb. Bildirilib ki, braziliyalı yarımmüdafiəçi İngiltərə təmsilçisi ilə danışıqlar aparmaqdan imtina edib. Kostanın Turin klubunda heyətdə yer almaq üçün rəqabət aparmaq istədiyi bildirilib. Onun özünü yeni baş məşqçi Andero Pirloya inandıracağı vurğulanıb.
Xəbərdə o da qeyd olunub ki, "Mançester Yunayted" oyunçunun rədd cavabından sonra "Barselona"ın futbolçusu Usman Dembelenin transferi üçün çalışır.
Qeyd edək ki, D.Kosta bundan əvvəl "Vulverhempton"un təklifini müsbət cavablandırmamışdı.