cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Çempionlar Liqasının oyunlarına azarkeçlər buraxıla bilər

01.10.2020 19:57 Oxundu 513


UEFA 2020/2021 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin oyunlarında azarkeşlərin stadionlara buraxılması variantını nəzərdən keçirir.

“CEMPİON.AZ" Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, bunun üçün hər bir ölkənin yerli hökumətinin razılığı olmalıdır.
İddiaya görə, qitə futbol qurumu bu vasitə ilə pandemiyadan əziyyət çəkən klubların zərərlərini azaltmasına və bilet satışından pul qazanmasına imkan yaratmaq istəyir.

Qeyd edək ki, Çempionlar Liqasında qrup oyunları oktyabrın 20-da start götürəcək.