cümə, 08 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın qrupdakı rəqibləri məlum oldu

02.10.2020 15:43 Oxundu 714

 
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

“CEMPİON.AZ” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 48 komanda 12 qrupa bölünüb.

Azərbaycanın yeganə təmsilçisi "Qarabağ" 2-ci səbətdə yer alıb. Qurban Qurbanovun komandası İ qrupunda  "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və  "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.

Qeyd edək ki, qrup mərhələsinin görüşlərinə oktyabrın 22-i start veriləcək.