02.10.2020 16:34
470


"Qrupumuz yaxşı görünür. İnşallah, bu qrupdan çıxacağıq. Ancaq asan rəqiblər deyil".
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri Avopa Liqasında "Qarabağ"la bir qrupa düşən "Sivasspor"un baş məşqçisi Rza Çalımbay deyib.
Türkiyə klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında "Qarabağ"ın güclü komanda olduğunu bildirib: "Vilyarreal"ın adını çəkmirəm, onsuz da hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandadır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. Biz bu qrupdan çıxaracağıq".
Xatırladaq ki, bu gün atılan püşkün nəticəsinə görə "Qarabağ" I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.