cümə, 08 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” rəqibləri haqqında paylaşım elədi

02.10.2020 23:30 Oxundu 477


"Qarabağ"  Avropa Liqasının I qrupunda qarşılaşacaqları Türkiyənin "Sivasspor" və İsrailin "Makkabi" (Təl-Əviv) klublarına müraciət edib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi "Feysbuk" səhifəsində paylaşım edilib.

Sivasspor təmsilçisi ilə bağlı paylaşımda "Can Türkiyəyə gəlməyimizi səbirsizliklə gözləyirik" yazılıb.

Ağdam klubu "Makkabi" ilə bağlı isə bunları yazıb: "Hər zaman ərazi bütövlüyümuzu dəstəkləyən bir ölkənin komandası ilə eyni qrupda yer almaqdan qürur duyuruq".