cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

“Makkabi”nin baş məşqçisi: "Qarabağ" avrokuboklarda böyük təcrübəyə malikdir”

02.10.2020 01:26 Oxundu 452

 


"Rəqiblərimiz keyfiyyətli komandadır. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri Avropa Liqasının I qrupunda "Qarabağ"a rəqib olan "Makkabi"nin (İsrail) baş məşqçisi Yorqos Donis püşk haqqında danışarkən deyib.

51 yaşlı yunanıstanlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında "Vilyarreal"ı qrupun favoriti adlandırıb: "Qarabağ" avrokuboklarda böyük təcrübəyə malikdir. Çempionlar Liqasında mübarizə aparıb, çətin rəqib olacaq. "Sivasspor" yaxşı çempionat hesab edilən Türkiyə Superliqasında mübarizə aparır. Ötən mövsümü dördüncü olmaları çox şeydən xəbər verir".

Xatırladaq ki, bu gün atılan püşkün nəticəsinə görə "Qarabağ" I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və  "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.