cümə axşamı, 25 dekabr 2025

DÜNYA FUTBOLU

Emeri: “Qrupdakı matçları səbirsizliklə gözləyirik”

03.10.2020 02:09 Oxundu 491

 
“Vilyarreal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, o, püşkə əsasən, İ qrupunda rəqib olduqları “Qarabağ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”a (Türkiyə) hörmətlə yanaşdığını bildirib. İspan mütəxəssis püşkün həyəcanlı olduğunu vurğulayıb.

 “Bizi uzun səyahətlər gözləsə də, xoş qrup olduğunu düşünürəm. Avropa Liqası son illər çox böyüdüyü üçün rəqiblər bizə çətin anlar yaşadacaq. Hər bir komandanın özünəməxsusluğu var. “Qarabağ” istənilən rəqiblə mübarizə aparmaq gücündədir və Avropada nüfuz sahibidir. Avrokubok ənənəsi olan “Makkabi” də çətin rəqibdir. “Sivasspor”da isə təcrübəli futbolçular cəmləşib. Bizim üçün yenidən bu turnirdə yarışmaq vacib fürsətdir. Bu, ötən mövsümdəki çıxışın mükafatıdır. Qrupdakı matçları səbirsizliklə gözləyirik”.