474

"Oyun bərabər səviyyədə keçdi. Sadəcə əks-hücumlar matçın taleyini həll etdi. Biz fürsətlərdən yararlana bilmədik, rəqib isə yaxşı istifadə etdi və qələbə qazandı".
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə "Keşlə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, həftəiçi məşqlərin gedişinə əsasən oyunlarda start heyətini müəyyənləşdirir: "Fərqli heyətə səbəb zədəlilərin olmasıdır. Buna görə məcburi rotasiyalar edirik".
İspaniyalı baş məşqçi son günlər cəbhədə baş verən hadisələrə də münasibət bildirib: "Biz idman adamıyıq. Ölkəmizin mövqeyi bəllidir: Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman insan itkisinə səbəb olur".