03.10.2020 12:18
443

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun növbəti oyunları keçiriləcək.
“CEMPİON.AZ” xəbər verir ki, ikinci oyun günündə 2 matç baş tutacaq. Əvvəlcə “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Görüş 14:00-da start götürəcək.
Günün digər qarşılaşmasında isə “Neftçi” “Zirə”nin qonağı olacaq. Matç 16:00-da başlayacaq.
3 oktyabr
14:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
16:00. “Zirə” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu