cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Karvahal sıradan çıxdı

03.10.2020 15:52 Oxundu 519



“Real” La Liqanın 5-ci turunda “Levante” ilə matçdan əvvəl ciddi problemlərlə qarşılaşıb.

“CEMPİON.AZ” AS-a istinadən xəbər verir ki, komandanın müdafiəçiləri  Dani Karvahal və Alvaro Odriosola zədələnib.

Dani Karvahalın sağ dizindəki əzələ bağlarında problem aşkarlandığı üçün o, oyunda iştirak edə bilməyəcək.

Alvaro Odriosolonun isə zədələndiyi üçün 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki. “Real” – “Levante” görüşü sabah keçiriləcək.