cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Futbolçular meydana hərbi geyimdə çıxdılar

03.10.2020 16:42 Oxundu 465



Azərbaycan Premyer Liqasının V turunda üz-üzə gələn "Zirə" və "Neftçi" klubları, həmçinin oyunun hakimləri Ordumuza dəstək məqsədilə meydana hərbi formada çıxıblar.

“CEMPİON.AZ” xəbər verir ki, formaların üzərində Azərbaycan və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarı əks olunub.

Həmçinin tribunanın bir hissəsində Dövlət bayrağı açılıb. Digər hissədə isə "Qarabağ Azərbaycandır" sözləri yazılıb. Start fitindən əvvəl isə Azərbaycan himni səsləndirilib.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma saat 16:00-da start götürüb.