03.10.2020 22:52
457

Türkiyə Superliqasında 4-cü turun oyunları davam edir.
“CEMPİON.AZ” xəbər verir ki, bu gün daha dörd matç keçirilib.
“Yeni Malatyaspor” evdə “Antalyaspor”a 1:0 hesabı ilə qalib gəlib. Son çempion “Başakşəhər” “Göztəpə” ilə, “Ərzurumspor” “Rizəspor”la qolsuz bərabərə qalıb. “Fənərbaxça” isə doğma meydanda “Fatih Karagümrük”u məğlub edib -2:1.
Qeyd edək ki, hazırda "Fənərbaxça" 8 xalla 1-ci, "Fatih Karagümrük" 7 xalla 2-ci, "Alanyaspor" 7 xalla 3-cüdür.
3 oktyabr
"Yeni Malatyaspor" – "Antalyaspor" - 1:0
Qol: Tetteh, 10
"Başakşəhər" – "Göztəpə" - 0:0
"Ərzurumspor" – "Rizəspor" - 0:0
"Fənərbaxça" – "Fatih Karagümrük" - 2:1
Qollar: Samatta, 24,67 – Sabo, 77-pen