cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus”un iki əməkdaşı koronavirusa yoluxub

03.10.2020 23:56 Oxundu 454


İtaliya "Yuventus"unun iki əməkdaşı koronavirusa yoluxub. 

"CEMPİON.AZ” klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, mövcud protokolda nəzərdə tutulan yoxlama zamanı üzə çıxıb. Onlar oyunçu və ya texniki-tibbi personalın üzvləri deyillər. Lakin qayda və protokollara əsasən, bütün komanda dərhal təcrid olunub.

Bu prosedur bütün sağlam futbolçulara və fərdlərə müntəzəm məşq və oyunlarda iştirak imkanı verir. Təcrid olunanların komanda ilə təmas qurmalarına icazə verilmir. 

Qeyd edək ki, "Yuventus" oktyabrın 4-də "Napoli" ilə İtaliya A Seriyasının III tur matçında üz-üzə gələcək.