04.10.2020 12:53
430

“Yuventus”un baş məşqçisi Andrea Pirlo futbolçusu Kriştiano Ronaldo haqda danışıb.
“CEMPİON.AZ” İtaliya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunun çalışqan olduğunu vurğulayıb:
“Ronaldo çox çalışır. O, məşqlərə hamıdan əvvəl gəlib. Hamıdan sonda gedir. Mövsümə çox yaxşı başlayıb. Sonadək belə performans göstərəcəyinə inanıram. İstərdim ki, hər matçda 1-2 qol vursun. O, bizim üçün həqiqətən də vacibdir. Ronaldo hər kəsə nümunədir”.
Qeyd edək ki, Ronaldo 2018-ci ildə “Real”dan “Yuventus”a transfer olunub.