cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Millimizə yeni futbolçu dəvət edildi

04.10.2020 15:18 Oxundu 428



UEFA Millətlər Liqasında Monteneqro və Kiprlə oyunlar öncəsi Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub.

“CEMPİON.AZ” AFFA-nın rəsmi saytına istinadənxəbər verir ki, “Neftçi” klubunun hücumçusu Mirabdulla Abbasov millinin hazırlıq prosesində iştirak edəcək.

Monteneqro ilə matç oktyabrın 10-da Podqoritsada, Kiprlə qarşılaşma isə oktyabrın 13-də Bakıda təşkil olunacaq.