cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Perotti “Fənərbaxça”da – Rəsmi

04.10.2020 19:19 Oxundu 449



Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirir.

“CEMPİON.AZ” xəbər verir ki, Superliqa təmsilçisi “Roma”nın yarımmüdafiəçisi Dieqo Perottinin transferini tamamlamaq üzrədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçu ötən gün İstanbula gəlib. O, tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2016-cı ildən “Roma”da çıxış edir.