cümə, 08 avqust 2025

BİZİM FUTBOL

“Səbail” yoxlama oyununda qələbə qazandı

04.10.2020 20:03 Oxundu 447

 Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Səbail” bu gün yoxlama oyunu keçirib.

“CEMPİON.AZ” xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv “Sumqayıt”la qarşılaşıb. “ASCO Arena”da keçirlən görüşdə “dənizçilər” qalib gəlib - 3:0.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 8-ci, “Sumqayıt” isə 3-cü sıradadır.

Yoxlama oyunu

4 oktyabr

"Səbail" – "Sumqayıt" - 3:0
Qollar: Əfran İsmayılov, 21. Bahadur Həziyev, 50. Amil Yunanov, 89-pen.