cümə, 08 avqust 2025

BİZİM FUTBOL

Rəşad Sadıqov ordumuza maddi dəstək oldu

04.10.2020 20:23 Oxundu 461



Azərbaycan Premyer Liqasının lideri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

“CEMPİON.AZ” "Qafqazinfo"ya istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis fonda 50 min manat köçürüb.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.