cümə, 08 avqust 2025

DÜNYA FUTBOLU

Kavani  “Mançester Yunayted”də

04.10.2020 21:17 Oxundu 442



PSJ-nin sabiq futbolçusu Edinson Kavaninin yeni klubu müəyyənləşib.

“CEMPİON.AZ”  xəbər verir ki, 33 yaşlı uruqvaylı hücumçu karyerasını “Mançester Yunayted”də davam etdirəcək.
 
Britaniya mətbuatı Kavaninin bu gün tibbi müayinədən keçəcəyini yazıb. Onunla 3 illik müqavilə ilə bağlı razılıq əldə olunduğu bildirilib.

Qeyd edək ki, Uruqvay millisinin üzvü 2013-2020-ci illərdə PSJ-də çıxış edib.